Bakı Mühəndislik Universiteti ilə “Azgranata” MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb Bakı Mühəndislik Universiteti ilə “Azgranata” MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb

, baxılıb - 202 dəfə

Xırdalan, 4 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC

Bakı Mühəndislik Universiteti (BMU) ilə “Azgranata” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu məqsədlə “Azgranata” MMC-nin baş direktoru Anar Bayramov universitetin rektoru, professor Havar Məmmədov ilə görüşüb, ali məktəblə tanış olub.

AZƏRTAC xəbər verir ki, rektorla görüşdə universitet haqqında ətraflı məlumat verilib. Bildirilib ki, universitetdə müasir texnologiyalı sənaye müəssisələrində işləmək bacarığı olan kadrlar yetişdirilir. Gənc və müasir elmi bilikli akademik heyətin, maddi-texniki bazanın olması və sənaye-universitet əlaqələrinin düzgün qurulması kadr hazırlığında uğurun əsasını təşkil edir. Havar Məmmədov mövcud ixtisaslar və gələcəkdə ölkəmiz üçün vacibliyi nəzərə alınaraq açılacaq ixtisaslar haqqında da ətraflı məlumat verib.

Qonaq BMU-nun iş dünyası ilə əlaqələrin qurulması təşəbbüsünü yüksək qiymətləndirib, bu kimi əlaqələrin sənaye müəssisələri üçün də mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Anar Bayramov rəhbərlik etdiyi şirkət və istehsal olunan məhsullar haqqında da ətraflı bəhs edib.

Görüşün sonunda tərəflər arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

 

 
 
 
 
 
Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018