Bakı Mühəndislik Universiteti ilə Çinin Şenyanq Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb Bakı Mühəndislik Universiteti ilə Çinin Şenyanq Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

, baxılıb - 65 dəfə

 

Bakı Mühəndislik Universiteti ilə Çinin Şenyanq Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb


 Çin Xalq Respublikasının Şenyanq Universitetinin nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.

AZƏRTAC xəbər verir ki, qonaqlarla görüşdə BMU-nun rektoru, professor Havar Məmmədov universitet haqqında ətraflı məlumat verib. Bildirib ki, universitet Prezidentin Sərəncamı ilə 2016-cı ildən fəaliyyətə başlayıb. Hazırda universitetdə mühəndislik, iqtisadiyyat və idarəetmə, pedaqoji fakültələri var. BMU-nun hədəfi müasir bilik və bacarığa yiyələnmiş kadr hazırlamaqdır.

Universitetin xarici əlaqələrindən də danışan rektor qeyd edib ki, BMU-da 100-dən çox xarici tələbə təhsil alır.

Şenyanq Universitetinin partiya komitəsinin sədri Su Venjie təmsil etdiyi ali təhsil ocağı haqqında məlumat verib. Bildirib ki, Şenyanq Universiteti ilə BMU-nun ixtisasları oxşardır. “Universitetimizdə 20 fakültə, 66 ixtisas var. 18 min tələbənin 500-ü xaricidir. Biz istəyirik ki, BMU ilə də əməkdaşlıq edək. İlk mərhələdə tələbə mübadiləsi həyata keçirək. Sonra isə digər sahələrdə də əməkdaşlıq edək”, - deyə Su Venjie qeyd edib.

 

http://newscenter.az/2018/09/13/baki-muhendislik-universiteti-ile-chinin-shenyanq-universiteti-arasinda-emekdashliq-muqavilesi-imzalanib.html

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018