Bakı Mühəndislik Universiteti Himayəçilər Şurasının fəaliyyəti müzakirə olunub Bakı Mühəndislik Universiteti Himayəçilər Şurasının fəaliyyəti müzakirə olunub

, baxılıb - 118 dəfə

Bakı Mühəndislik Universiteti Himayəçilər Şurasının fəaliyyəti müzakirə olunubBakı Mühəndislik Universiteti (BMU) Himayəçilər Şurasının ilk iclası keçirilib.
Müvafiq qurumların nümayəndələrinin, professor və müəllimlərin iştirak etdikləri iclasda BMU-nun rektoru Havar Məmmədov rəhbərlik etdiyi ali təhsil müəssisəsində Himayəçilər Şurasının fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, ötən müddət ərzində şuranın tərkibi formalaşdırılıb və təsdiq olunub.
Təhsil nazirinin müavini, Himayəçilər Şurasının sədri Ceyhun Bayramov bildirib ki, şuranın əsas vəzifələri universitetin strateji istiqamətlərini müəyyən etmək, eyni zamanda, illik büdcənin və onun icrasının təsdiq edilməsi, audit komitəsinin işinin təşkili, ali təhsil müəssisəsinin elm, təhsil, innovasiya mərkəzi kimi fəaliyyətinin genişləndirilməsi, maddi-texniki bazasının yaxşılaşdırılmasından ibarətdir.
C.Bayramov bir sıra yeni ixtisaslar üzrə mütəxəssis hazırlığının BMU-ya həvalə edilməsini bu ali məktəbin potensialının yüksək qiymətləndirilməsinin nəticəsi olduğunu vurğulayıb.
Nazir müavini BMU-nun xarici universitetlərlə əlaqələr qurmasının, xüsusilə də ikili diplom layihələrində iştirakının vacibliyindən danışıb. C.Bayramov BMU-nun tələbələrinin təcrübəsinin təşkilində innovasiya sahəsində fərqlənən şirkətlərin imkanlarından istifadəni, müəllimlərin yeni inkişafyönlü layihələrdə iştirakına və nəticədə təlimin keyfiyyətinin yüksəldilməsinə dəstək verilməsini Himayəçilər Şurasının əsas fəaliyyət istiqamətləri olduğunu diqqətə çatdırıb.
“Azərkimya” İstehsalat Birliyinin Müşahidəçilər Şurasının sədri, Himayəçilər Şurasının üzvü Muxtar Babayev şuranın fəaliyyəti ilə bağlı bir sıra məsələlərə toxunub.
Himayəçilər Şurasının üzvləri Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri Famil Mustafayev və digər çıxış edənlər müzakirə olunan mövzu ilə bağlı fikirlərini bildirib və təkliflər verilib.

BMU-nun Mətbuat Xidməti
 
Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2017