Bakı Mühəndislik Universiteti 11-ci Azərbaycan beynəlxalq təhsil sərgisində iştirak edib Bakı Mühəndislik Universiteti 11-ci Azərbaycan beynəlxalq təhsil sərgisində iştirak edib

, baxılıb - 268 dəfə

6-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 11-ci Azərbaycan Beynəlxalq Təhsil “Education 2017”  sərgisi keçirilir. Sərgi ölkədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə və “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə keçirilir.

Bu il sərgi çərçivəsində Azərbaycan, Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Rusiya, Rumıniya  və bir çox digər ölkələr öz universitet, məktəb, kollec, təhsil mərkəzləri və kurslarını təqdim ediblər. Yerli ali təhsil müəssisələri arasında Bakı Mühəndislik Universiteti ilə yanaşı Bakı Dövlət Universiteti, Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Texniki Universiteti, Milli Aviasiya Akademiyası, və digər təhsil müəssisələri də yer alır.

Sərgidə təhsil naziri Mikayıl Cabbarov, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, müxtəlif peşə sahibləri də iştirak ediblər.

Sərgidə iştirak edən Təhsil Naziri Mikayıl Cabbarov Bakı Mühəndislik Universitetinin stendi ilə də tanış olub. Universitetin rektoru professor Havar Məmmədov Mikayıl Cabbarova universitetin fəaliyyəti haqqında məlumat verib və sərgidə nümayiş olunan layihələri təqdim edib.

Universitet tələbələri tərəfindən proqramlaşdırılan “NAO” adlı robotun milli rəqs etməsi isə sərgi iştirakçılarının böyük marağına səbəb olub.

Qeyd edək ki, Bakı Mühəndislik Universitetinin stendində tələbələr tərəfindən hazırlanmış startup layihələri, robotlar, əl hərəkəti ilə idarə olunan tank layihəsi və günəş enerjisi ilə çalışan maşın nümayiş olunub. Sərgi iştirakçılarına universitetin fəaliyyətini, xarici əlaqələrini,  iş dünyası ilə əməkdaşlığını əks etdirən məlumat vasitələri və video çarxlar təqdim olunub.

 

 

   

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2017