Bakı Mühəndislik Universiteti   “GəncMİİB” ilə əməkdaşlıq edəcək Bakı Mühəndislik Universiteti “GəncMİİB” ilə əməkdaşlıq edəcək

, baxılıb - 1305 dəfə

  

Gənc Mühəndislərin İnkişafı İctimai Birliyi (GəncMİİB) ilə Bakı Mühəndislik Universiteti arasında əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumun imzalanmasında  məqsəd partnyoru öz fəaliyyət sahəsində yeni ideyalar, hadisələr, tədbirlər haqqında məlumatlandırmaq, öz fəaliyyətinə dair informasiya ilə təmin etmək, fəaliyyətinin daha da yaxşı inkişafı üçün lazımı dəstəyi göstərmək, partyorun razılığı ilə ona və ya özünə məxsus məkanlarda müxtəlif birgə tədbirlər həyata keçirməkdir ki, bütün bunlar da universitetin tələbələrinin öz bilik və bacarıqlarını daha da artırmaları üçün gözəl bir başlanğıc olacaqdır.

   Universitetin rektoru professor Havar Məmmədov  “GəncMİİB” in sədri Yusif Yusifova universitetin mühəndislik ixtisasları və həmin ixtisasların maddi-texniki bazası haqqında ətraflı məlumat verib. Qeyd edib ki, yüksək ixtisaslı kadr hazırlığı üçün tələbələrin nəzəri biliklərlə yanaşı təcrübi biliklərə də yiyələnməsi vacibdir. Bu məqsədlə Bakı Mühəndislik Universiteti olaraq yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq edirik. Sizinlə də əməkdaşlığımız tələbələrimizin ixtisaslarını daha dərindən öyrənmələrinə dəstək olacaq.

 “GəncMİİB” in sədri Yusif Yusifovbildirib ki,  Gənc Mühəndislərin İnkişafı İctimai Birliyi fəaliyyəti boyunca mühəndisliyin müxtəlif sahələri üzrə seminarlar, təlimlər, müxtəlif zavod, fabrik və istehsal müəssisələrinə texniki gəzintilər təşkil edərək tələbələrə böyük dəstək olurlar.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018