Bakı Mühəndislik Uiversitetinin tələbələri “CODE CUP 2017 Proqramlaşdırma üzrə  Olimpiadan”nın qalibi olublar Bakı Mühəndislik Uiversitetinin tələbələri “CODE CUP 2017 Proqramlaşdırma üzrə Olimpiadan”nın qalibi olublar

, baxılıb - 474 dəfə

 

    9 dekabr 2017-ci il tarixində NetWork Training Center ofisində Azercell şirkətinin
dəstəyi, NetWork Training Center-in və NAPCAR-ın təşkilatçılığı ilə “CODE CUP 2017
Proqramlaşdırma üzrə Olimpiada”nın final turu keçirilib.
    Qeyd edək ki, olimpiadanın I turu 26 noyabr 2017-cı il tarixində online olaraq keçirilib.
Müsabiqədə 120 tələbə iştirak edib. Tələbələrə 5 saat ərzində 12 məsələnin proqramını tərtib
etmək və e-olymp.com saytında sınaqdan keçirmək tapşırığı verilib. I turun nəticələrinə görə 25
tələbə final turuna vəsiqə qazanıb.
     Final turunda 17 tələbə iştirak edib. Tələbələrə 4 saat ərzində 10 məsələnin proqramını
tərtib etmək və e-olymp.com saytında sınaqdan keçirmə tapşırığı verilib.
Final turunun nəticələrinə görə Bakı Mühəndislik Universitetinin tələbələri:
Rəşad Məmmədov və Mahmud Allahverdiyev I dərəcəli diploma, Məmməd Hacılı, Tağı Əşrəfov
II dərəcəli diploma, Ceyhun Yaqublu III dərəcəli diploma, Asiman Ağayev Yüksək Nailiyyət
Sertifikatına, Elvin Ağaməmmədzadə Fərqlənmə Sertifikatına layiq görülüblər və Azercell
şirkətinin qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020