BRAVO-da “Praktikum” Təcrübə Proqramı ilə  MİNİMUM VAXTA MAXSİMUM TƏCRÜBƏ! BRAVO-da “Praktikum” Təcrübə Proqramı ilə MİNİMUM VAXTA MAXSİMUM TƏCRÜBƏ!

, baxılıb - 702 dəfə

Müəssisələrlə Əlaqələr və Karyera Departamentinin təşkilatçılığı ilə “Bravo Marketlər Şəbəkisi”-nin İstedad və bacarıqların inkişafı üzrə əməkdaşları Natavan Mirməmmədli və Rüfət Daşdəmirov BMU-da “Praktikum” Yay Təcrübə Proqramı ilə bağlı tələbələrlə görüş keçirib.

Bravo Azərbaycanın ən sürətli inkişaf edən qida və qeyri-qida pərakəndəçisi əhaliyə yeni mağazalar istifadəyə verməklə yanaşı gənclərin inkişafı üçün də müvafiq addımlar atmaqdadır. Gəncləri hədəfləyən maraqlı və faydalı layihə olaraq tələbələr üçün “Praktikum” Yay Təcrübə Proqramı təşkil edir.

“Praktikum” təcrübə proqramı kimləri əhatə edir:

18 yaşdan yuxarı bakalavr/magistr tələbələri və 2017-2018-ci illərdə məzun olmuş gənclər

Təcrübə proqramının seçim mərhələləri:

  • Müraciətlərin qəbulu
  • Test və qrup müsahibələri
  • Fərdi müsahibə

2018-ci il “Praktikum” aşağıdakı şöbələri əhatə edir:

  • İnsan Resursları və İnzibati işlər
  • Maliyyə
  • Hüquq
  • Marketinq
  • Qida alışı
  • Qeyri-qida alışı
  • İT və Biznes əməliyyatları
  • Mağaza əməliyyatları
  • Mağazaların inkişafı

Təcrübəçilərin proqramdan əldə edəcəkləri:

  • Azərbaycanın ən qabaqcıl şirkətlərinin birində praktik təcrübəyə yiyələnmək
  • Peşəkarlarla birgə çalışmaq
  • Şirkətin daxili iş prosesləri haqqında ətraflı məlumat
  • Komanda işi və yeni layihələrin inkişaf etdirilməsi
  • Təcrübəçi proqramda iştirak etməsinə dair təstiq sənədi ilə təltif olunur

“Praktikum” Yay Təcrübə Proqramının şərtləri:

  • Proqramın müddəti 5 tam iş günü olmaqla, 2 ay davam edir
  • Təcrübəçinin nahar və nəqliyyat xərclərini ödəyəcək məbləğdə təqaüd ayrılır

Müraciət etmək üçün:

Maraqlanan gənclər 15 May 2018-ci il tarixinədək

http://bravosupermarket.az/#/applicationForm öz müraciətlərini linkdə qeyd edilən “müraciətlərin xüsusi formasını” dolduraraq internship@azerbaijansupermarket.com elektron ünvanına göndərə bilərlər.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018