BP şirkəti tələbələrimizə yeni layihələr təqdim etdi BP şirkəti tələbələrimizə yeni layihələr təqdim etdi

, baxılıb - 308 dəfə

Departamentimizin növbəti qonağı BP şirkəti oldu. Texnologiya və rəqəmsallaşdırma iş mühitini və eləcə də işin mahiyyətini sürətlə dəyişir. Bugünki  zamanın tələbinə önəm verən öz sözünü demiş şirkətlərdən olan BP şirkəti də tələbələrin öz bacarıqlarını gələcəyin tələbələrinə uyğunlaşmasına və daim dəyişməkdə olan dünyada uğur qazanmaları üçün yeni layihələr təklif edir və bu məqsədlə  şirkətdən gələn HR departamentinin əməkdaşları “Skills Refinery” (Bacarıqların təkmilləşdirilməsi) adlı yeni online portalı haqqında tələbələrə ətraflı məlumat verdilər. “Skills Refinery” tələbələrə beş bacarıq sahəsində - kritik məsələlərin həlli, innovasiya, təsir və ünsiyyət, koqnitiv çeviklik və emosional intellekt sahələrində öz qabiliyyətlərini sınamaq və inkişaf etdirmək fürsəti verir. “Skills Refinery” proqramı Mexanika mühəndisliyi, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi ixtisasının  ikinci kurs tələbələr üçün nəzərdə tutulub. Rəqabət və həyəcanı artırmaq məqsədi ilə “Skills Refinery” prqramına seçilən üzvlər üçün illik qlobal yarış təşkil olunacaq. Tələbələr video təqdimat yoli ilə ölkə səviyyəsində yarışmaq üçün qruplar təşkil etməli olacaqlar. Ölkə səviyyəsində qalib gələnlər yarışmanı 2019-cu ildə “One Young World” ümümdünya gənclər sammitinin 10- cu il il dönümü münasibət ilə London şəhərində keçiriləcək zirvə toplantısına ekskluziv səyahət qazanmaq fürsəti uğrunda qlobal səviyyədə yarışı davam etdirəcəklər.

“Skills Refinery” prqramına qoşulmaq üçün linkə  https://www.bpskillsrefinery.com/homepage/   daxil olaraq qyediyyatdan keçə bilərsiniz. Qeyd edək ki, onlayn dərslər noyabr sonuna qədər aktiv olacaq. Qeydiyyatdan keçməyə tələsin.

Həmçinin  qonaqlar oktyabırda  keçirilməsi nəzərdə tutulan BP ilk “Açıq qapılar günü” haqqında məlumat verdilər. Bu proqram da  Mexanika mühəndisliyi, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi ixtisasının tələbələri üçün nəzərdə tutulub. Bu bir günlük təcrübə zamanı tələbələr  neft və qaz sənayesində imkanlar və gələcəkdə BP şirkətində mühəndis və ya mütəxəssis kimi öz karyeranızı necə inkişaf etdirə biləcəyiniz barədə ətraflı məlumat etmə imkanı qazanacaqlar. Eyni zamanda tələbələr BP-nin terminalına da səfər edəcək və orada nəzəri bacarıqlarınnı  sənayedə necə tətbiq oluna biləcəyini görəcəklər.

“Açıq qapılar günü” fürsətindən istifadə etmək istəyən tələbələr,

ərizələrini  www.bp.com/discoveryday/az - a göndərə bilər.

Ərizələr 24 oktyabradək təqdim oluna bilər.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018