BMUnun tələbəsi qalib oldu BMUnun tələbəsi qalib oldu

, baxılıb - 313 dəfə

     BMU-nun Mühasibat uçotu son kurs tələbəmiz ACCA F7 Financial Reporting üzrə Azərbaycanda 1. Dünya üzrə 8. yeri tutub. Bu münasibətlə tələbəmiz Fəqan Məmmədzadəni təbrik edirik.

 

İngilis dili biliyini beynəlxalq səviyyədə təsdiq edən IELTS və TOEFL sertifikatları olduğu kimi Mühasibat uçotu sahəsində də mühasibat uçotu biliyini beynəlxalq səviyyədə təsdiq edən analoji ACCA və CİMA sertifikatları mövcuddur. Hazırda dünyanın bir çox yerində olduğu kimi Azərbaycanda da daha geniş yayılmış və qəbul edilən ACCA-dir. ACCA 9 F və 4 P, ümumilikdə 14 imtahandan ibarət olmaqla 2 mərhələdən ibarətdir. Bütün bu imtahanları uğurla keçmiş şəxslər ACCA-yə üzv olaraq qeydə alınırlar və beynəlxalq səviyyədə istinad edilən ixtisaslı mühasiblərə çevrilirlər. ACCA haqqında ilk dəfə məlumatı kafedra müəllimlərimiz tərəfindən almışam. 4 illik tədris planımız demək olar ki, ACCA imtahanları ilə uyğunlaşdırılıb. Təsadüfi deyil ki, ACCA BMU mühasibat uçotu tələbələrini F1-dən F4-ə kimi imtahanlardan azad edir və kafedramızla ACCA arasında F7-yə və hətta F9-a kimi azad edilmə barəsində müzakirələr aparılır. Keçən il bizə 2 semester ərzində F7-Financial Reporting dərsi tədris olunub və mən 2017 sentyabr sessiyasında bu imtahanda iştirak etməklə Azərbaycan üzrə bu imtahanda iştirak edənlər arasında 1-ci dünya üzrə iştirak edənlər arasında isə 8-ci yerə nail oldum. Bir daha bu uğuru əldə etməyimdə köməklik edən müəllimlərimə təşəkkür edirəm.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020