BMU və ATMU arasında ikitərəfli görüş keçirilib BMU və ATMU arasında ikitərəfli görüş keçirilib

, baxılıb - 190 dəfə

Dekabrın 7-də Bakı Mühəndislik Universitetində (BMU) “Müəssisələrlə əlaqələr və karyera” departamentinin əməkdaşları  ilə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Kommunikasiya və karyera” şöbəsinin əməkdaşları arasında görüş keçirilib. Görüşün əsas məqsədi tələbə və məzunlar arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsidir. Görüşdə, hər iki universitet məzunlarının sənaye müəssisələri ilə işgüzar münasibətlərin möhkəmləndirilməsi, təyinatı üzrə vaxtaşırı karyera sərgilərinin keçirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb. Bildirilib ki, ikitərəfli əməkdaşlıq hər iki universitetin tələbə və məzunları üçün səmərəli olacağına zəmin yaradacaq.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2019