BMU və ADA universitetinin  əməkdaşları arasında görüş keçirilib BMU və ADA universitetinin əməkdaşları arasında görüş keçirilib

, baxılıb - 188 dəfə

  Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera departamentinin təşəbbüsü ilə ADA Universitetində Karyera xidmətinin əməkdaşı ilə görüş keçirilib. Görüşdə universitetin yaranma tarixindən və fəaliyyət strategiyasından ətraflı məlumat verilib. Görüşdə ADA Universitetinin karyera mərkəzinin fəaliyyət istiqamətləri, tələbə və məzunlar arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsi, həmçinin hər iki universitetin məzunlarının sənaye müəssisələri ilə işgüzar münasibətlərin möhkəmləndirilməsi, təyinatı üzrə vaxtaşırı karyera sərgilərinin keçirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb. Bildirilib ki, ikitərəfli əməkdaşlıq hər iki universitetin tələbə və məzunları üçün səmərəli olacağına zəmin yaradacaq.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2019