BMU tələbələri təcrübə yerləri ilə təmin olunub BMU tələbələri təcrübə yerləri ilə təmin olunub

, baxılıb - 154 dəfə

   Bakı Mühəndislik Universitetinin  mühəndislik və iqtisadiyyat və idarəetmə fakültəsində təhsil alan, 14 həftəlik istehsalat təcrübəsinə gedəcək son kurs tələbələrin təcrübələrinin təşkili ilə əlaqədar Müəssisələrlə əlaqələr və Karyera Departamenti, Təcrübə şöbəsi,  fakültə dekanları, kafedra müdirləri və təcrübə işini təşkil edəcək şəxslərin iştirakı ilə görüş  keçirilmişdir. Görüşdə təcrübənin təşkili barədə müzakirələr və təcrübənin keyfiyyətli təşkili üçün fikir mübadiləsi aparılmışdır. Eyni zamanda Müəssisələrlə əlaqələr və Karyera Departamenti universitetin əməkdaşlıq etdiyi, ölkənin aparıcı sənaye müəssisələrinin, bankların, müəssisə və təşkilatların ayırdığı təcrübə yerləri ixtisaslara uyğun olaraq bölünmüşdür. Təcrübəyə gedəcək tələbələrin hamısı universitet tərəfindən təcrübə yerləri ilə tam təmin olunmuşdur. 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018