BMU tələbələri SOCAR-da BMU tələbələri SOCAR-da

, baxılıb - 244 dəfə

Bakı Mühəndislik Universitetinin Müəssisələrlə Əlaqələr və Karyera departamentinin təşkilatçılığı ilə universitetin Sənaye Mühəndisliyi ixtisasısının tələbələri SOCAR-ın Qaz Emalı Zavodunda işgüzar səfərdə oldu. Tələbələrimizi zavodun nümayəndə heyəti qarşılayaraq, zavodun yaranma tarixindən, fəaliyyət sahələrindən və gələcək strategiyaları haqqında ətraflı məlumat verdilər. Ardından tələbə heyəti qazın emal olunma prosesi ilə yaxından tanış edildi. Zavodun müasir standartlara cavab verən soyutma sisteminin istehsal gücü və səmərəli iş prosesi tələbələrimiz tərəfindən maraqla qarşılandı.

Zavodun əsas məqsədi hasil olunan təbii qazın, qaz kondensatının, yüngül karbohidrogenlərin geniş fraksiyasının qabaqcıl texnika və texnologiyalara əsaslanaraq rəqabətə davamlı şəkildə emalını təşkil etməkdir.

Tanışlıq gəzintisi zamanı tələbə heyəti istehsal prosesində qazın tərkibindən digər birləşmələrinin təmizlənməsi, yenidən təhlili və məhsulların tərkibinin standartlara uyğunlaşdırılması mərhələlərini əyani olaraq görmüş oldular.

Tələbə heyəti üçün olduqca maraqlı olan bu təcrübi-tanışlıq gəzintisinin təşkili üçün SOCAR şirkətinin rəhbərliyinə və kollektivinə universitetimiz adından təşəkkür edirik. 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018