BMU tələbələri “Milli kimlik sualından milli dövlətçiliyə: müstəqilliyin çətin yolu” mövzusunda “Novruz mühazirəsi” ndə iştirak edib BMU tələbələri “Milli kimlik sualından milli dövlətçiliyə: müstəqilliyin çətin yolu” mövzusunda “Novruz mühazirəsi” ndə iştirak edib

, baxılıb - 145 dəfə

 

   Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Milli kimlik sualından milli dövlətçiliyə: müstəqilliyin çətin yolu ” mövzusunda növbəti “Novruz mühazirəsi” martın 6-da Gəncə şəhərində keçirilib.Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak edib. Ali məktəblərdə təhsil alan Türkiyə, Rusiya, Hindistan, Türkmənistan, Çin, İndoneziya və digər ölkələrdən 30 nəfər əcnəbi tələbə tədbirdə iştirak edib. 

   Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib və önünə gül dəstələri qoyulub. 

   Tədbir Azərbaycan Dövlət Aqrar Universitetində təşkil edilib. Qonaqlar  öncə universitetdə təşkil olunan Azərbaycan Xalq Cümhuriyyəti guşəsi ilə tanış olublar.

    Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev çıxışında bildirib ki, ölkə başçısının Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün dövlət səviyyəsində layiqincə qeyd edilməsi barədə imzaladığı sərəncamın dövlətçilik tariximizə verilən yüksək dəyərin bariz nümunəsi olduğunu deyib. İcra başçısının müavini öncə Tiflisdə, daha sonra Gəncə şəhərində fəaliyyətə başlayan Şərqdə ilk parlament respublikasının milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynadığını qeyd edib.

   Mühazirə iştirakçılarını salamlayan təhsil nazirinin müavini Firudin Qurbanov ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsini diqqətə çatdıraraq bunu tarixi hadisə adlandırıb. Nazir müavini xaricdə təhsil siyasətinin, eləcə də milli kadrların hazırlanmasının həmin dövrdə strateji hədəflərdən olduğunu qeyd edib və bu dövrdə xalq təhsili və maarifləndirmə üzrə ilk nazirliyin - Xalq Maarif Nazirliyinin yaradılmasının, məktəblərin milliləşdirilməsi siyasətinin həyata keçirildiyini vurğulayıb..

    Sonra iştirakçılar tarix elmləri doktoru, professor Solmaz Rüstəmova - Tohidinin “Milli kimlik sualından milli dövlətçiliyə: müstəqilliyin çətin yolu” mövzusunda mühazirəsini dinləyiblər. 

    Mühazirədən sonra qonaqlar Gəncə Dövlət Filarmoniyasının solistlərinin ifasında konsert proqramı təşkil olunub.

   Tədbir çərçivəsində ölkəmizdə təhsil alan əcnəbi tələbələr Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxt şəhəri olan qədim Gəncədə Cavad xan türbəsi, Şah Abbas məscidi, “Çökək hamamı” və Gəncə Dövlət Filarmoniyası ilə tanış olublar.

Həmçinin böyük Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi ziyarət edilib, tələbələrə dahi şairin həyatı, yaradıcılığı və məqbərə haqqında məlumatlar verilib. 

Qeyd edək ki, Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz mühazirələri” keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər populyar dildə ictimaiyyətə çatdırılır.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018