BMU rəhbərliyi DAAD-ın mükafatlandırma mərasimində iştirak etdi BMU rəhbərliyi DAAD-ın mükafatlandırma mərasimində iştirak etdi

, baxılıb - 312 dəfə

DAAD (Alman Akademik Mübadilə Xidməti) tələbə və elmi işçilərin beynəlxalq mübadiləsini dəstəkləyən dünyanın ən önəmli təşkilatlarından biridir və Almaniyada təhsil almaq imkanı qazanan tələbələr üçün alman ali məktəblərində yay dil kursları təqaüdü, master təqaüdü, eyni zamanda doktorantlar üçün elmi müdafiə və tədqiqat təqaüdü təklif edir.

Bu il DAAD-ın təklif etdiyi təhsil və tədqiqat haqqında müxtəlif  təqaüd prqramlarına həmçinin Bakı Mühəndislik Universitetinin  tələbələri də müraciət etmişdir. Nəticələrə əsasən universitetimizdən DAAD proqramı vasitəsiylə 8 nəfər - 1 doktorant, 3 master təqaüdü və 4 tələbə yay məktəbində iştirak hüququ qazanıblar.

Proqramı qazananlar üçün mükafatlandırma və təqaüdlərin təqdim edilməsi mərasimi keçirildi. Keçirilən mükafatlandırma tədbirində BMU-nun rektoru Havar Məmmədov da və Beynəlxalq Əlaqələr və Layihələrin İdarəolunması şöbəsinin əməkdaşı  iştirak etmişdir. DAAD proqramının nümayəndələri qalibləri təbrik edərək onlara müxtəlif hədiyyələr təqdim etmişdir. Sonda isə rektor Havar Məmmədov qaliblər ilə birlikdə xatirə şəkili çəkdirmişlər.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020