BMU-nun xanım əməkdaşları mukafatlandırılıb BMU-nun xanım əməkdaşları mukafatlandırılıb

, baxılıb - 282 dəfə

      Müəllif Hüquqları Agentliyinin, Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan "Beynəlxalq Əqli Mülkiyyət Günü" ilə bağlı “İnnovasiya və yaradıcılıqda qadınlar:dəyişikliyin aparıcı qüvvəsi” mövzusunda dəyirmi masa keçirilmişdir.

   Tədbirdə çıxış edən Müəllif Hüquqları Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov “dəyirmi masa”nın çox əhəmiyyətli və aktual bir mövzuya həsr olunduğunu deyib.

   AQUPDK-nın sədri Hicran Hüseynova isə qadınların ailə və cəmiyyətdəki aparıcı mövqeyindən, onların dövlət quruculuğunda fəal iştirakından danışıb.

Tədbirdə aşağıdakı mövzularda mühazirələr dinlənilib.

1.Qadınların cəmiyyətdə rolu;

2.Qadın sahibkarlığı;

3.İnnovasiya, təhsil və s. sahələr üzrə gender bərabərsizliyi faiz göstəriciləri;

4.Azərbaycanda və beynəlxalq səviyyədə qadın mülkiyyət faizləri;
kimi mövzular müzakirə olunmuşdur.

  Tədbir zamanı innovasiya və yaradıcılıq sahəsində fərqlənən xanımlar fəxri fərmanlarla təltif ediliblər. Təltif olunan xanımlardan biri də Mirvari Store layihəsinin rəhbəri, BEU Technopark`ın uğurlu startaplarından Xəyalə İbrahimova olub.

     Həmçinin tədbirdə innovasiya və yaradıcılıq sahəsində fərqlənən bir qrup qadın Müəllif Hüquqları Agentliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə fəxri fərmanları ilə təltif olundu.Tədbirdə təltif olunanlar arasında BMU-nun Xarici Əlaqələr və Layihələrin İdarə Edilməsi Şöbəsinin müdiri Sevil İmanova da olub.Qeyd edək ki, Sevil İmanova uzun illər mühəndislik fakultəsində müəllim kimi fəaliyyət gösərməklə yanaşı Azərbaycan Dövlət Neft və Sənəye Universitetinin disertantıdır.2014-2016- cı illər ərzində Sevil xanımın rəhbərliyi altında bir çox yerli və xarici layihələr həyata keçirilmişdir ki, bunlardan biri də Universitetin öz layihəsi olmuşdur. 2017-ci ildən bəri Bakı Mühəndislik Universiteti Xarici Əlaqələr və Layihələrin idarə olunması şöbəsinin müdiri vəzifəsində çalışan Sevil xanımın rəhbərliyi altında 3 beynəlxalq layihənin “NİZAMİ” “PROMİG” “PAWER” layihələrinin koordinatorluğu həyata keçirilir. “PAWER” layihəsinin universitet üzrə koordinatoru Sevil İmanovadır. Bundan başqa Sevil İmanova Təhsil Nazirliyinin Balonya prosesi və Keyfiyyət təminati züzrəAvropa standartları və təlimatları layihəsinin iştirakçısı olmuşdur. Təhsil Nazirliyinin “Direktorların təlimi” və təhsil menecerləri təlimlərinin fəal mühazirəçilərindəndir - təlimçilərindəndir.”

Hazırda o, ERASMUS+ Milli ofisinin “Azərbaycanda ali təhsil üzrə islahat eksperti” kimi fəaliyyət göstərir. Azərbaycan üzrə beynəlxalq Çeltenham elm festivalının – “Şöhrət Laborotoriyası” (Famelab) koordinatorlugunı və təşkilatçılığınıda uzun müddət həyata keçirmişdir.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020