BMU-nun tələbəsi UGRAD proqramının 3 qalibindən biri oldu BMU-nun tələbəsi UGRAD proqramının 3 qalibindən biri oldu

, baxılıb - 345 dəfə

    Əsası 1992-ci ildə ABŞ Konqresi tərəfindən qoyulan Qlobal Tələbə Mübadilə Proqramı (UGRAD) Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosunun proqramıdır və Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (İREX) tərəfindən idarə olunur. Proqram Azərbaycan, Belarusiya, Gürcüstan, Qazaxstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna kimi dövlətlərin ali təhsil ocaqlarında birinci, ikinci, üçüncü kursda oxuyan tələbələrinə Amerika Birləşmiş Ştatları universitetlərinin və kolleclərinin birində bir il dərəcəsiz təhsil almaq  imkanı yaradır.Global Undergraduate Exchange  (UGRAD) proqramının 2018-2019 akademik ili üçün nəticələrə əsasən, Bakı Mühəndislik Universitetinin Kimya Mühəndisliyi ixtisasının tələbəsi Nicat Quliyev Azərbaycandan seçilən 3 qalibdən biridir və bu proqram üzrə ABŞ-da təhsil alacaqdır.

      Həmçinin, Nicat “İrəli” İctimai Birliyinin Türkiyə qeyri-hökümət təşkilatı ilə birlikdə təşkil etdiyi və Erasmus+ proqramının dəstəklədiyi “We all are one” (Biz hamımız birik) layihəsinin də qalibi olmuşdur. Layihə  15–26 iyun tarixləri arasında Türkiyənin Tranbzon şəhərində keçiriləcəkdir.Bu müvəffəqiyyətlərinə görə Nicatı Beynəlxalq Əlaqələr prorektorluğu  adından təbrik edir və gələcək həyatında uğurlar arzulayırıq!

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020