BMU-nun tələbələrinin uğurları davam edir BMU-nun tələbələrinin uğurları davam edir

, baxılıb - 60 dəfə

 

   Bakıda “I Universitetlər arası Azərbaycan tarixi” yarışı keçirilib. Bakı Mühəndislik Universitetini yarışda One Direction, Pluton, Adda Trophy, Spartak De-facto, No-name, Renosans,The Suspects komandaları təmsil edib. Universitetin  Qarabağ və Tarix klubunun  üzvlərindən ibarət “No-name” komandası  22 balla 1-ci yerə layiq görülüb.

   Universitetin rektoru, professor Havar Məmmədov qalib komandanı qəbul edib və universitet adından komanda üzvləri Türkan Məmmədəliyeva, Osman Ələsgərli, Ozan Ələsgərli, Əli Cəfərov, Araz Musazadə və Əmir Mustafazadəyə fəxri fərman  verib.

    Rektor qeyd edib ki, tələbələrimizin uğurları bizi sevindirir. Universitetimizdə tarix ixtisası olmasa da siz tarix yarışında birinci olmusunuz. Bu da onu göstərir ki, siz tariximizi yaxşı öyrənirsiniz. Təbii ki, bu nəaliyyətinizdə üzvu olduğunuz Qarabağ  və Tarix kulubunun rolu danılmazdır. Əsas odur ki, siz sosial tədbirlərdə fəal olmağınızla yanaşı dərslərinizdə də  müvəffəq olursunuz.

     

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2017