BMU-nun tələbələri FAB Boya və Kimya Sənayesi MMC şirkətində olublar BMU-nun tələbələri FAB Boya və Kimya Sənayesi MMC şirkətində olublar

, baxılıb - 325 dəfə

Oktyabrın 27-də Bakı Mühəndislik Universiteti “Sənaye Mühəndisliyi Klubu” nun təşkilatçılığı ilə Azərbaycan inşaat sektorunun qabaqcıl şirkətlərindən olan “FAB Boya və Kimya Sənayesi MMC” şirkətinə texniki gəzinti baş tutmuşdur. Şirkət tərəfindən tələbələrin şirkətə rahat gediş gəlişi üçün avtobus servisi təşkil olunmuşdur. İlk əvvəl tələbələr Almaniya layihəsi əsasında müasir tələblərə cavab verən “Polimerlər” fabrikində PVA əsaslı müxtəlif yapışdırıcılar, akrilik bağlayıcılar və s. məhsullar ilə tanış oldular .


Sonra isə 2012 – ci ildə inşa olunmuş tam avtomatlaşdırılmış və Avropanın qabaqcıl ölkələrinin istehsalı olan avadanlıqlarla təchiz olunmuş “FABKİM” Kafel və Metlax yapışdırıcları və “HİLLFAN” plastik məhsullar fabriklərində gedən istehsal proseslərini tələbələr əyani şəkildə gördülər. Daha sonra şirkət tərəfindən tələbələrə nahar yeməyi verildi. Nahardan sonra isə tələbələr 2014 və 2015-ci illərdə öz işinə başlamış “FAB Akademiyası”-nın I və II korpusu ilə yaxından tanış oldular və bundan əlavə tələbələri maraqlandıran suallarda cavablandırıldı.

“Sənaye Mühəndisliyi Klubu”nun sədri Hümmət Abdullazadə texniki şirkət gəzintisində əməyi keçən hər kəsə – özəlliklə “FAB Boya və Kimya Sənayesi MMC” şirkətinə, şirkətin fabriklərini gəzdirən Elvira Mammədovaya və bu gəzintinin təşkilatçılığında köməklik göstərən Vasif Fərəcova klub üzvləri adından təşəkkürlərini çatdırdı.
Sonda tələbələr şirkət nümayəndələri ilə birgə xatirə şəkili çəkdiriblər.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020