BMU-nun tələbələri Azərbaycan Dövlət İncəsənət Muzeyində olublar BMU-nun tələbələri Azərbaycan Dövlət İncəsənət Muzeyində olublar

, baxılıb - 324 dəfə

Noyabrın 8-də Bakı Mühəndislik Universiteti “Memarlıq” və “Şəhərsalma” ixtisaslarının 1-ci kurs tələbələri Azərbaycan Dövlət İncəsənət Muzeyində olublar. Müzeyin əməkdaşı tələbələrə muzeydə sərgilənən tarixi eksponatlarla yaxından tanış edib, onlar haqqında ətraflı məlumat verib.

“İncəsənət tarixi” dərsində İntibah dövrünə aid tabloları və İntibah dövründən sonrakı sənət əsərlərinə yüksək maraq göstərən tələbələr gəzintidən olduqca razı qaldıqlarını qeyd ediblər. Muzey gəzintisində tələbələrə rəhbərlik edən universitetin müəllimi sənətşünaslıq üzrə elmlər doktoru Arzu Məmmədova bu cür gəzintilərin tələbələr üçün faydalı olduğunu qeyd edib və gələcəkdə də tarixi muzeylərə gəzintilərin davam edəcəyini diqqətə çatdırıb.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020