BMU-nun təşəbbüsü yüksək qiymətləndirilir BMU-nun təşəbbüsü yüksək qiymətləndirilir

, baxılıb - 136 dəfə

 

    Bakı Mühəndislik Universitetinin Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə daha bir şirkət ilə universitet arasında əməkdaşlıq qurulur. Bu məqsədlə Azgranata  Ticarət və Dağıtım MMC-nin direktoru  Anar Bayramov universitetin rektoru, professor Havar Məmmədov ilə görüşüb və maddi-texniki baza ilə tanış olub. Rektor universitet haqqında ətraflı məlumat verərək bildirib ki, “universitetdə müasir texnologiyalı sənaye müəssisələrində işləmək bacarığında olan kadr hazırlığı həyata keçirilir. Gənc və müasir elmi bilikli akademik heyətin, maddi-texniki bazanın olması və sənaye-universitet əlaqələrinin düzgün qurulması  kadr hazırlığında uğurumuzun əsasını təşkil edir”. Rektor, mövcud ixtisaslar və gələcəkdə ölkəmiz üçün vacibliyi nəzərə alınaraq açılacaq ixtisaslar haqqında da ətraflı məlumat verib.

     Səmimi qəbula görə təşəkkür edən Azgranata Ticarət və Dağıtım MMC-nin direktoru  Anar Bayramov BMU-nun iş dünyası ilə əlaqələrinin qurulması təşəbbüsünü yüksək qiymətləndirib. Bu kimi əlaqələrin sənaye müəssisələri üçün də mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Rəhbərlik etdiyi şirkət və onun istehsal etdiyi məhsullar haqqında ətraflı məlumat verib.

   Görüşün sonunda tərəflər arasında əməkdaşlıq razılaşması imzalanıb. Bu razılaşma Azgranata  Ticarət və Dağıtım MMC -nin sərəncamında olan potensial üzrə müasir bilik və təcrübənin universitetdə istifadəsinə, universitet müəllimlərinin və tələbələrinin Azgranata Ticarət və Dağıtım MMC-nin  fəaliyyətinə cəlb edilməsinə və şirkət ilə universitet arasında Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın əsas amili kimi biznes mühitinin inkişaf etdirilməsi, ölkənin sahibkarlıq sektorunun elmi-tədris işlərinə cəlb edilməsi, dünyanın qabaqcıl elmi-texniki nailiyyətlərinin sahibkarlığın inkişafına tətbiq edilməsi, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətinin inkişafına kömək göstərilməsi məqsədi daşıyır.

                                    

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018