BMU-nun rektoru Rumıniyada işgüzar səfərdə olub BMU-nun rektoru Rumıniyada işgüzar səfərdə olub

, baxılıb - 32 dəfə

Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov və universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Azər İmanquliyev Rumıniyada işgüzar səfərdə olublar. Səfəri Buxarest Politexnik Universitetinin rektoru Mihnea Costoiunun dəvəti ilə həyata keçirilib. Səfər zamanı BMU-nun nümayəndə heyəti BPU rəhbərliyi ilə görüş keçirərək, universitetdə tədrisin boloniya prosesinə uyğun təşkili və digər yeniliklərlə bağlı fikir mübadiləsi aparmış, universitetin elmi tədqiqat və tədris laboratoriyaları ilə tanış olmuşlar. Görüşdə universitetlər arası ikitərəfli əməkdaşlıq müqaviləsi də imzalanmışdır. Müqaviləyə əsasən müəllim tələbə mübadiləsi, birgə layihəĺərin icrası, elmi konfransların təşkili, ikili diplomların təsis edilməsi , müştərək magistr və doktorantura hazırlığı kimi fəaliyyətlər nəzərdə tutulmuşdur. Eyni zamanda BPU ilə birgə “Sahibkaryönümlü Universitet” modeli mövzusunda beynəlxalq konfrans keçirilməsi də qərara alınmışdır. Qeyd edim ki, bu səfər Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəvəti ilə ölkəmizdə geniş tərkibdə olan Rumıniya nümayəndə heyyəti arasında razılaşdırılmış əməkdaşlığın tərkib hissəsidir. Səfər zamanı BMU-nun nümayəndə heyəti Heydər Əliyev parkını ziyarət etmiş, ulu öndərin büstü önünə əklil qoymuşdur.

bmuhttp://azedupress.com/?p=14725

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018