BMU-nun rektoru Rumıniyada işgüzar səfərdə olub BMU-nun rektoru Rumıniyada işgüzar səfərdə olub

, baxılıb - 161 dəfə

 Ötən il Azərbaycan Təhsil Nazirliyinin dəvəti ilə Bakıda səfərdə olan Rumıniya nümayəndə heyəti arasında razılaşdırılmış əməkdaşlıq çərçivəsində Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov və beynəlxalq əlaqələr üzrə prorektor Azər İmanquliyev Buxarest Politexnik Universitetinin rektoru Mihnea Kostoyun dəvəti ilə bu ölkəyə səfər ediblər. 

Səfər çərçivəsində iki universitet arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənəddə müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi, birgə layihələrin icrası, elmi konfransların təşkili, ikili diplomların təsis edilməsi, müştərək proqramların tədrisi nəzərdə tutulur. BMU-nun sahibkaryönümlü universitet modelinə uyğun formalaşması istiqamətində də işlərin aparılması planlaşdırılıb. Belə ki, Buxarest Politexnik Universiteti ilə birgə sahibkaryönümlü universitet modeli mövzusunda beynəlxalq konfrans keçirilməsi nəzərdə tutulur.

Azərbaycan nümayəndə heyəti Buxarest Politexnik Universitetinin elmi tədqiqat və tədris laboratoriyaları ilə, Bolonya prosesinə uyğun tədris prosesinin təşkili istiqamətində universitetdə aparılan işlərlə tanış olub, fakültələrdə birgə fikir mübadiləsi aparılıb.

BMU-nun təmsilçiləri Azərbaycanın Rumıniyadakı səfirliyi əməkdaşlarının müşayiəti ilə Buxarest şəhərindəki “Tey Parkı - Heydər Əliyev Xiyabanı”nda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, Ulu Öndərin büstü önünə gül dəstələri qoyublar.

 

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018