BMU-nun rektoru Azərbaycan Biznes Keys 2017 Müsabiqəsinin qalibləri ilə BMU-nun rektoru Azərbaycan Biznes Keys 2017 Müsabiqəsinin qalibləri ilə

, baxılıb - 252 dəfə

 ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi tərəfindən keçirilən ənənəvi “Azərbaycan Biznes Keys 2017 Müsabiqəsinin”  final mərhələsi keçirilib.  Bu il 15 illiyini qeyd edən müsabiqə 2002-ci ildən təşkil olunur. Müsabiqə ABŞ Səfirliyinin təşkilati dəstəyi, yerli və xarici şirkətlərin sponsorluğu ilə həyata keçirilir.  Yarışın bu ilki qalibi müsabiqədə ilk dəfə iştirak edən Bakı Mühəndislik Universitetinin  Hüseyn Məmmədov (Dünya İqtisadiyyatı-4.kurs), Qəzənfər Kərimli (Maliyyə-3.kurs), Lalə Rüstəmli (Dünya İqtisadiyyatı-3.kurs) və Cəfər Cəfərovdan  (Dünya İqtisadiyyatı-3.kurs) ibarət komandası olub.

   Universitetin rektoru, professor  Havar Məmmədov  qalib tələbələri qəbul edib, onları nailiyyətləri münasibəti ilə təbrik edib. Rektor qeyd edib ki, universitetin tələbələri 2017-2018-ci dərs ilinə uğurlu başlayıblar. Xüsusən İT və iqtisadiyyat fakültələrinin tələbələri onlarla müsabiqənin qalibi olublar. Tələbələrə tövsiyyələrini  verən rektor  gələcək həyatlarında uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan Biznes Keys Yarışması universitetlərin maliyyə, biznes, iqtisadiyyat sahəsində təhsil alan bakalavr və magistr tələbələrindən ibarət komandalar  arasında keçirilən ən prestijli biznes yarışmasıdır. Yarışmada analiz üçün  tələbələrə real həyatda şirkətlərin qarşılaşdıqları biznes problemləri əsasında yazılmış Harvard Business School-un keysləri təqdim edilir. Əvvəlcədən  bütün komandalar 6 həftə ərzində biznes analizi, strategiyanın qurulması, təqdimat etmək bacarığı və s. mövzularda təlimlər keçirlər. Təlimdən sonra  komandalar final mərhələsindən öncə sınaq təqdimatlarında da iştirak edirlər.

Dörd yarımfinal qalibi olan komanda  birinci yer uğrunda mübarizə məqsədilə hakimlər qarşısında öz təhlillərinin təqdimatı ilə çıxış edirlər. Finalçılardan keyslərə həll yolları təqdim etmək tələb olunur və qiymətləndirilmə, komandaların kritik biznes düşüncə qabiliyyəti, maliyyə analizi, marketinq strategiyası, təqdimat bacarıqları, eləcə də sual-cavab mərhələsinə hazırlıqlarına əsaslanır. Qalib komandalar ümumilikdə 10.000 AZN mükafat əldə edir (I yer 6000 AZN, II yer 3000 AZN və III yer 1000 AZN).

                                          

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2017