BMU-nun rektoru İstanbul Universitetində konfransda iştirak edib BMU-nun rektoru İstanbul Universitetində konfransda iştirak edib

, baxılıb - 699 dəfə

 İstanbul Universitetində Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq proqramına həsr olunmuş tədbir  keçirilib. 

Oktyabrın 30-da işə başlayan toplantıda Azərbaycandan bir çox universitetlərin rəhbərləri iştirak edib. İştirak edənlərdən biri də Bakı Mühəndislik Universitetinin  rektoru professor Havar Məmmədov olub.  Tədbirdə  Türkiyəli və Azərbaycanlı rektorların  məruzələri dinlənilib. Bakı Mühəndislik Universitetinin rektoru , professor Havar Məmmədov məruzə ilə çıxış edib.

  Məruzələrdə Azərbaycan və Türkiyə ali məktəbləri arasında əlaqələrin vəziyyəti, tələbə və təcrübə mübadiləsinin əhəmiyyəti, ikili diplomların verilməsi yolları, təhsillə bağlı əməkdaşlığın inkişafına mane olan əngəllər barədə müzakirələr aparılıb və digər məqamlardan danışılıb.

Azərbaycanlı alimlər diqqətə çatdırıblar ki, ümummilli lider Heydər Əliyevin möhkəm təməl üzərində qurduğu təhsil siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan ali məktəbləri Almaniya, İngiltərə, Yaponiya, İspaniya, Rusiya, Rumıniya, İtaliya kimi böyük dövlətlərin ali təhsil müəssisələri ilə bərabərhüquqlu əməkdaşlıq edir. Qeyd olunub ki, Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq proqramının uğurlu gələcəyini təmin etmək üçün ilk növbədə diplomların qarşılıqlı tanınması, ortaq təhsil proqramlarının müəyyən edilməsi, nəzəri biliklərlə təcrübə arasında uyğunluğun təmin edilməsi istiqamətində irəliləyişlər olmalıdır.

Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev və Türkiyədəki səfirliyimizin təhsil üzrə müşaviri Nəcibə Nəsibova çıxışlarda qaldırılan məsələlərə münasibət bildiriblər.

Ölkəmizin nümayəndə heyəti səfər çərçivəsində İstanbul Universitetinin laboratoriya və kafedraları ilə tanış olublar.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020