BMU-nun  rektoru, professor Havar Məmmədov  universitetdə təhsil alan magistr tələbələri ilə görüşüb. BMU-nun rektoru, professor Havar Məmmədov universitetdə təhsil alan magistr tələbələri ilə görüşüb.

, baxılıb - 582 dəfə

     Tədbiri giriş sözü ilə açan  universitetin rektoru professor Havar Məmmədov universitetin magistratura pilləsinə qəbul olan tələbələri təbrik etdi. Rektor nitqində  magistir tələbələrinə gələcək fəaliyyətlərində uğurlar arzuladı, bildirdi ki, universitetdə təhsil aldığınız illəri səmərəli keçirin, öyrənəcək elmin, biliyin faydasını dərk edəcək və öz işinizin peşəkarı olacaqsınız.

     Rektor ölkəmizdə təhsilin prioritet sahə olduğunu  diqqətə çatdırdı. Möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə olan diqqət və qayğısının nəticəsidir ki,  universitetlərin  tədrisi beynəlxalq standartlara uyğun təşkil edilir. Bakı Mühəndislik Universitetinində məqsədi yüksək səviyyəli mütəxəssis hazırlamaqdır. Bu məqsədlə universitetdə hər cür şərait yaradılır. Magistratura pilləsinə qəbul imtahanlarında  ən yüksək bal toplayanlar bu universitetin məzunları oldu. Eyni zamanda yüksək bal toplayan tələbələrin əksəriyyəti buranı seçib.

    BMU-nu seçdikləri üçün məmnun olduqlarını dilə gətirən magistrlar  dərs cədvəllərində dəyişiklik edilməsini xahiş ediblər.

     Görüşdə iştirak edən fakültə dekanları  təklifləri nəzərə alacaqlarını bildiriblər.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020