BMU-nun professor-müəllim heyəti "Az-Granata" Agsu Şirə və Şərab emalı zavodunda BMU-nun professor-müəllim heyəti "Az-Granata" Agsu Şirə və Şərab emalı zavodunda

, baxılıb - 1185 dəfə

Bakı Mühəndislik Universitetində (BMU) tədris və elmi-tədqiqatların keyfiyyətinin yüksəldilməsi, o cümlədən sahibkarlarla münasibətlərin gücləndirməsi üçün bazarın tələblərinə cavab verən yanaşmalar inkişaf etdirilir. Bu məqsədlə biznesin tələb və problemlərini öyrənmək üçün müxtəlif addımlar atılır.

Fevralı12-də BMU-nun müəllimlərindən ibarət bir qrup nümayəndə heyətinin "Az-Granata" Ağsu Şirə və Şərab emalı zavoduna səfəri də bu məqsədlə təşkil olunu tədbirlərdən biri idi. BMU-nun  Müəssisələrlə Əlaqələr Şöbəsinin təşkilatçılığı və "Az-Granata" şirkətinin dəstəyi ilə həyata keçirilən səfər zamanı professor-müəllim heyəti Ağsu rayonunda fəaliyyət göstərən "Az-Granata" Ağsu Şirə və Şərab emalı zavodunda oldular. Zavodun mehriban kollektivi tərəfindən qarşılanan professor-müəlim heyəti sənaye müəssisəsinin istehsal bölmələri ilə tanış oldu. Zavodda fəaliyyət göstərən şirə və şərab istehsalı bölmələrində xammalın qəbulu və emalı prosesi haqqında əyani informasiya verildi. Zavodun uzunmüddətli fəaliyyəıtlərinə hesbalanmış hazır məhsulun saxlanma kameraları, həmçinin buranın özünəməxsus dizayn quruluşu da maraqlı məqmlardan idi. Tanışlıq zamanı zavodda istehsal olunan məhsulların çeşidliliyi və keyfiyyəti, eləcə də daxili və xarici bazarın tələblərindən irəli gələn məqamlar haqqında ətraflə informasiya verildi. Qeyd olundu ki, zavodda istehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, 30-dan çox xarici ölkələrə də ixrac edilir.

Yeni texnologiyalarla təmin edilmiş zavodun iş prinsipi müəllimlərin diqqətini çəkdi və səmərli təcrübə mübadiləsi aparıldı. Səmərəli müzakirələr zamanı gələcəkdə birgə layihələrin həyata keçirilməsi kimi məsələlər də aktual idi. Təklif olundu ki, növbəti belə səfər proqramı BMU-nun tələbələrinin iştirakı ilə keçirilsin.

Professor-müəllim heyəti üçün səmərəli və zövqlü keçən səfərin təşkilində hər tərəfli dəstəyə görə "Az-Granata" şirkətinin rəhbərliyinə və bütün kollektivinə təşəkkür edir, əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə inanırıq.

Xatırladaq ki, Bakı Mühəndislik Universiteti ilə “Azgranata” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu məqsədlə cari ilin yanvarın 4-də “Azgranata” MMC-nin baş direktoru Anar Bayramov universitetin rektoru, professor Havar Məmmədov ilə görüşüb, ali məktəblə tanış olub.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018