BMU-nun müəllimi Türk Xalq Mədəniyyətləri Konqresində BMU-nun müəllimi Türk Xalq Mədəniyyətləri Konqresində

, baxılıb - 58 dəfə

 Bakı Mühəndislik Universitetinin Pedaqogika kafedrasının müəllimi Sənətşünaslıq üzrə elmlər doktoru Məmmədova Arzu Türkiyənin Ordu şəhərində 20-24 Noyabr tarixində keçirilən 9-cu Millətlərarası Türk xalq mədəniyyətləri Konqresində iştirak edib. Konqresdə Türkiyənin Mədəniyyət və Turizm Naziri cənab Numan Kurtulmuş və digər rəsmi nümayəndələr iştirak ediblər.

    Sənət sərgisinin açılışından sonar dünyanın 18 ölkəsindən gələn elm və sənət adamları tərəfindən 205 məruzə edilib. Arzu Məmmədova “Azərbaycanın qeyri-maddi mədəni mirası – Kələğayıları” haqqında məruzə ilə çıxış edib və verilən sualları cavablandırıb.

     Konqres ilk dəfə 1975-ci ildə keçirilmişdir və hər beş ildən bir keçirilir.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2017