BMU-nun müəllimi Abşeron rayon polis şöbəsinin əməkdaşlarına Xocalı soyqırımı  haqqında məruzə edib BMU-nun müəllimi Abşeron rayon polis şöbəsinin əməkdaşlarına Xocalı soyqırımı haqqında məruzə edib

, baxılıb - 199 dəfə

    Abşeron rayon polis şöbəsində Xocalı soyqırımı hadisələri ilə əlaqədər olaraq tədbir keçirilib. Tədbirdə  Xocalı soyqırımı haqqında məruzə ilə  Bakı Mühəndislik Universitetinin müəllimi, tarixçi Dos. Bilal Dədəyev çıxış edib.

Bilal Dədəyev çıxışını ulu öndər Heydər Əliyevin xocalı haqqında dediyi "Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir" sözləri ilə  başlayıb. Bilal Dədəyev çıxışında qeyd edib ki, Xocalı soyqırımının 26-cı ildönümünün qeyd olunması bir daha sübut edir ki, həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin dəhşətləri yaddaşlardan heç zaman silinməyəcəkdir. Çünki, Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir.Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilmişdir. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul etmişdir. Azərbaycan hökuməti erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Sonda Bilal Dədəyev “Xocalı şəhidləri qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur” sözləri ilə məruzəsini başa vurmuşdur.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018