BMU-nun komandası  turnirin qalibi olub BMU-nun komandası turnirin qalibi olub

, baxılıb - 198 dəfə

  Türkmənistanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə Azərbaycanın bir neçə ali məktəblərinin tələbələri arasında mini futbol turniri keçirilib.  Bakı Mühəndislik Universitetinin komandası turnirin qalibi olub. Eyni zamanda komandanın bir neçə futbolçusu oynadığı mövqenin və turnirin ən yaxşısı mükafatına layiq görülüb.  Yarışların sonunda fərqlənən mükafatçılar Türkmənistanın Azərbaycandakı Səfirliyi tərəfindən kubok və diplomlarla təltif olunublar.

   Qalib komandanı Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov qəbul edib və uğurları münasibətilə təbrik edib. Bildirib ki, universitetdə yüksək tədrislə yanaşı tələbələrin elmi, sosial və idman yarışlarında iştirak üçün də şərait yaradılıb.

  Tələbələr də səmimi qəbula və təbrikə görə rektora təşəkkür ediblər.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020