BMU-nun  komandaları “XI Vekua Kuboku Beynəlxalq Proqramlaşdırma”  müsabiqəsində iştirak edib BMU-nun komandaları “XI Vekua Kuboku Beynəlxalq Proqramlaşdırma” müsabiqəsində iştirak edib

, baxılıb - 537 dəfə

   “Vekua Kuboku Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin Azərbaycan üzrə koordinatoru Etibar Seyidzadə məlumat verib ki, Gürcüstan Respublikasının Tbilisi şəhərində Avropa Universitetinin bazasında XI Vekua Kuboku Beynəlxalq Proqramlaşdırma müsabiqəsi keçirilib. Müsabiqə eyni zamanda Rusiya Federasiyasının və Ukraynanın bir neçə şəhərində keçirilib. Müsabiqədə Azərbaycan 3 ali təhsil müəssisəsindən 5 komanda ilə təmsil olunub. Bakı Mühəndislik Universiteti – 2 komanda (6 tələbə) – komanda rəhbərləri: Etibar Seyidzadə, Rauf Süleymanlı, Azərbaycan Texniki Universiteti – 2 komanda (4 tələbə) – komanda rəhbəri: Vüqar Hüseynli, Bakı Ali Neft Məktəbi – 1 komanda (3 tələbə) – komanda rəhbərləri: Rəhim Rəhimli, Məmməd Cəbrailov.

 

 

 

Müsabiqənin birinci günü tələbələr üçün fərdi müsabiqə keçirilib.  Fərdi müsabiqədə müxtəlif ölkələrdən 117 tələbə iştirak edib. Tələbələrə 4 saat ərzində 9 məsələni həll etmək (proqramını tərtib etmək) və avtomatik qiymətləndirmə sistemi vasitəsilə sınaqdan keçirmə tapşırığı verilib. Müsabiqənin ikinci günü komanda müsabiqəsi keçirilib. Komanda müsabiqəsində 99 komanda iştirak edib. Tələbələrə 5 saat ərzində 12 məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemi vasitəsilə sınaqdan keçirmə tapşırığı verilib. Müsabiqənin son günü isə nəticələr elan edilib və mükafatlandırma mərasimi keçirilib.

 

Fərdi müsabiqədə BMU-nun komandasının üzvləri Rəşad Məmmədov və Mahmud Allahverdiyev – II dərəcəli diplom, Asiman Ağayev, Məmməd Hacılı, Rəsul Kərimov və  Tağı Əşrəfov – Yüksək nəailiyyət sertifikatı ilə təltif olunublar.

Komanda müsabiqəsində isə universitetimizi təmsil edən Baku EU 1 - (Rəşad Məmmədov, Mahmud Allahverdiyev, Tağı Əşrəfov) və Baku EU 2 (Məmməd Hacılı, Rəsul Kərimov, Asiman Ağayev) komandaları - Yüksək nəailiyyət sertifikatı ilə təltif olunublar.

 

http://vekua.snarknews.info/

 

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020