BMU məzunu Northeastern Universitetinə qəbul olub BMU məzunu Northeastern Universitetinə qəbul olub

, baxılıb - 344 dəfə

    Bakı Mühəndislik Universitetinin tərcümə ixtisasının 2018-ci il məzunu Kamil Abdullayev ABŞ universitetləri arasında ən nüfuzlu və innovativ universitetlər sırasında 7-ci yerdə duran, Northeastern Universitetində Project Management fakültəsinin tələbəsi adını qazanıb. Bu ali məktəb Amerikanın ən yaxşı top 40 universitetindən biridir. 

     Qeyd edək ki, Northeastern Universitetində 140 ölkədən, 5 qitədən tələbələr oxuyur. “Northeastern University” təcrübəyə əsaslanan, təhsilə və tədqiqata fərqli yanaşma təqdim edən, özəl tədqiqat universitetidir. “Northeastern University”nə proqramlara qəbul yüksək rəqabət qabiliyyətlidir. Məqsəd müxtəlif intellektual cəmiyyətlər yaratmaq, yüksək motivasiyalı tələbələr yetişdirməkdən ibarətdir.
 
   Kamilin BMU-da oxuduğu dövrdə müəllimi, tərcümə və ingilis dili kafedrasının dosenti, dillər məktəbinin direktoru Ətrabə Gül onun hər zaman yüksək keyfiyyətli kadr olacağına inandığını deyib. Kamil Abdullayevin elmə, təhsilə marağı ilə yanaşı vətənpərvər, millətini sevən və bir çox yüksək keyfiyyətə malik bir gənc olduğunu, onun gələcəkdə də yüksək nailiyyətlər əldə edəcəyini qeyd edib. Məzun olduğu Bakı Mühəndislik Universitetinə baş ucalığı gətirəcəyinə inandığını bildirib.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018