BMU konfrans -sərgidə iki layihə ilə iştirak edib BMU konfrans -sərgidə iki layihə ilə iştirak edib

, baxılıb - 170 dəfə

 

        Heydər Əliyev Mərkəzində  Təhsil Nazirliyi və Müəllif  Hüquqları Agentliyi   tərəfindən “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda konfrans-sərgi keçirilib. Konfrans-sərgidə BMU üçün ayrılmış stenddə "Hypolife"  layihəsi və BMU-nun patenləşdirdiyi "Elektron Universitet" layihəsi təqdim olunub. Təqribən 10-dan çox ali təhsil müəssisəsinin iştirak etdiyi sərgidə BMU layihələri xüsusilə fərqlənib.

    BMU-nun stendi Azərbaycan Respublikası Təhsil Naziri cənab Ceyhun Bayramov, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru cənab Frensis Qarri, universitet rektorları (BDU, ADPU, SDU və digər), millət vəkilləri (Ziyad Səmədov, Tahir Mirkişli və digər), ictimaiyyət, elm və təhsil müəssilərinin nümayəndələri tərəfindən maraqla qarşılanıb.

   Sərgi zamanı müxtəlif ali təhsil müəssilərinin nümayəndləri BMU-nun təqdim etdiyi "Elektron Universitet" layihəsinin üstünlükləri ilə yaxından maraqlanıblar.  "Hypolife" layihəsi isə bəzi tərəflərin xüsusi marağına səbəb oldu. Belə ki, Heydər Əliyev Mərkəzinin səlahiyyətli nümayəndələri  "Hypolife" layihəsinin təklif etdiyi yuyucu və ağardıcı məhsul ilə xüsusilə maraqlandılar.

 

   Sərgi zamanı XəzərTv və ATv televiziya kanlalları BMU-nun təqdim etdiyi hər iki layihə haqqında müsahibə alıblar.

 

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018