BMU komandası robot yarışının qalibi olub BMU komandası robot yarışının qalibi olub

, baxılıb - 11 dəfə

Bakı Mühəndislik Universitetində tələbələrin “ProgElectro” komandasının təşkil etdiyi “Makers’ DAYS” tədbiri başa çatıb.

Universitetdən AZƏRTAC–a bildirilib ki, tədbirin birinci günündən fərqli olaraq, ikinci gün həm məruzələr söylənilib, həm də “Əşyaların interneti” adlı panel və “Xətt izləyən” robot yarışması keçirilib.

BMU-nun rektoru, professor Havar Məmmədov robot sərgisində iştirak edib, robotlarla maraqlanıb.

“Xətt izləyən” adlı robot yarışmasına 4 komanda qatılıb. Robotlar müəyyən edilmiş qaydalar çərçivəsində yarışıblar. Yarışda iştirak edən robotlar elmi və praktiki baxımdan yüksək səviyyədə hazırlanıb.

Yarışın qalibi Bakı Mühəndislik Universitetinin tələbəsi Orxan Məmmədovun rəhbərlik etdiyi komandanın hazırladığı robot seçilib.

Layihənin, eləcə də yarışın qaliblərinə universitet və sponsor şirkətlər tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.

http://ikisahil.az/index.php?page=18&newsId=54960&lang=aze

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2017