BMU-komandası finala vəsiqə qazanıb BMU-komandası finala vəsiqə qazanıb

, baxılıb - 283 dəfə

Bakı Mühəndislik Universitetinin tələbələri "İSBAK Yazılım Maratonu 18" beynəlxalq proqramlaşdırma müsabiqəsinin finalına vəsiqə qazanıb.

Bakı Mühəndislik Universitetinin Kompüter Mühəndisliyi və İT İdarəetmə ixtisaslarında təhsil alan tələbələrdən ibarət Ejdaxas (Rəşad Məmmədov, Mahmud Allahverdiyev, Rəsul Kərimov) komandası 19-21 yanvar 2018-ci il tarixlərində online keçirilmiş "İSBAK Yazılım Maratonu 18" beynəlxalq proqramlaşdırma müsabiqəsinin yarımfinalında müvəffəqiyyətlə iştirak edərək final mərhələsinə vəsiqə qazanıb.

Yarımfinal mərhələsində 415 komanda iştirak edib. Müsabiqədə komandalara 8 alqoritmik məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmək tapşırığı verilib. Ejdaxas komandası 8 məsələnin hamısını həll edərək yarımfinalı 9-cu yerdə tamamlayıb və final mərhələsinə vəsiqə qazanan 25 komandadan biri olub.

Qeyd edək ki, final mərhələsi 3-4 mart 2018-ci il tarixlərində Türkiyənin İstanbul Texnik Universitetində keçiriləcək.

http://46.101.181.227/domjudge/public/

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018