BMU komandası “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında iştirak edib BMU komandası “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında iştirak edib

, baxılıb - 117 dəfə

 Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” 5-ci ümumrespublika bilik yarışı keçirilib. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, ulu öndərin irsinin yaşadılması və gənclər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır. Qeyd edək ki, “Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışı 2014-cü ildən etibarən hər il təşkil olunur.

   “Heydər Əliyev və Azərbaycan tarixi” 5-ci ümumrespublika bilik yarışında 47 ali təhsil müəssisəsinin komandaları; yarışıb. Bakı Mühəndislik Uiversitetinin 6 tələbədən ibarət komandası 5-ciliklə yarışmanı sonlandırıb.

   Müsabiqə 3 turda keçirilib və hər turda Azərbaycanın tarixi, mədəniyyəti, ümummilli lider Heydər Əliyevin irsini əhatə edən 12 sual səsləndirilib.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018