BMU ilə BP-i  arasında əməkdaşlıq davam edir BMU ilə BP-i arasında əməkdaşlıq davam edir

, baxılıb - 387 dəfə

 

    BP Azərbaycan nümayəndəliyinin kadrlar  şöbəsinin əməkdaşları BMU-da  tələbələrlə görüş keçirib. Universitetin Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkil etdiyi görüşdə mühəndislik ixtisaslarından 2019-cu ildə məzun olacaq  tələbələr iştirak edib.

  “Tələbə və məzunların işə qəbulu -2018 ”  proqramı barədə  məlumat verən Bp-nin nümayəndəsi Mehriban Şıxzamanova  bildirib ki, Azərbaycan vətəndaşı olan, 2019-cu ildə təhsil müddəti bitən  və  ixtisası vakant yerlərə uyğun gələn  hər bir tələbə proqramda iştirak üçün  sənəd təqdim edə bilər. Sənədləri uyğun hesab olunan hər bir tələbə 3 mərhələli qəbul imtahanılarında iştirak edə bilər. Müvəffəq olan tələbə 2 iyun-15 sentyabr müddətində 10 həftəlik proqramda tam iş günü olmaqla işə qəbul ediləcək. Onlar da digər işçilərin hüquqlarına və məsuliyyətinə tabe tutulacaqlar.  Mehriban Şıxzamanova  slaydla proqrama müraciət etmə və qeydiyyatdan keçmə şərtlərini izah edib və sualları cavablandırıb.

     “Tələbə və məzunların işə qəbulu -2017 ” – nin iştirakçısı, BMU-nun tələbəsi  Vüsal Bağırov proqrama necə qoşulduğu və nə qazandığı barədə  tələbələrə motivasiya xarakterli məlumat verib.  

 

  

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020