BMU ilə AMAK İctimai Birliyi arasında əməkdaşlıq  müqaviləsi imzalanıb BMU ilə AMAK İctimai Birliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

, baxılıb - 367 dəfə

   Azərbaycan Milli Avtomobil Klubu (AMAK)  İctimai Birliyinin prezidenti Vüsal Rəcəbli və ictimai birliyin nümayəndəsi Bakı Mühəndislik Universitetində olublar. Universitetin rektoru, professor Havar Məmmədovla görüşən nümayəndə heyəti fəaliyyətləri haqqında ətraflı məlumat verib.

   Birliyin prezidenti Vüsal Rəcəbli qeyd edib ki, AMAK yol yardımı xidməti, avtomobil ilə bağlı məsləhətlər və klub üzvlərinə eksklüziv bonus və endirim proqramları təqdim edən və Azərbaycanda avtomobil turizmi və klub mədəniyyətini inkişaf etməyə xidmət edən avtomobil klubudur. Beynəlxalq Avtomobil Federasiyasına (FIA) üzv olmaqla, AMAK sürücülər və piyadalar arasında yol mədəniyyətini inkişaf etdirmək məqsədilə maarifləndirmə və tədqiqat layihələri vasitəsilə yol hərəkəti təhlükəsizliyini təbliğ edir. Layihələrin həyata keçirilməsində dövlət və özəl qurumlarla əməkdaşlıq edirik. Uşaqlar və gənclər üçün yol hərəkəti təhlükəsizliyinin tədrisini təkmilləşdirmək, ictimaiyyət arasında yol hərəkəti təhlükəsizliyi haqda məlumatlılığı artırmaq, savadlı və bacarıqlı yol hərəkəti təhlükəsizliyi təlimçilərindən ibarət kadr yetişdirmək və s. kimi həyata keçirdikləri layihələrdən və əldə olunan nəticələrdən danışıb.

 Qonağı dinləyən rektor Havar Məmmədov onların fəaliyyətini yüksək qiymətləndirib.  “Yol mədəniyyətdir” deyən ümummilli liderimiz Heydər Əliyev avtomobil yollarının yenidən qurulmasına xüsusi önəm vermiş, həyata keçirilən işləri daim nəzarətdə saxlamışdır. Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin də bu sahəyə xüsusi diqqət və qayğısı sayəsində yeni yollar salınır və yenidən qurulur, ölkəmiz artıq tranzit ölkəyə çevrilib.

Rektor qeyd edib ki, Bakı Mühəndislik Universitetində maddi texniki baza və kadr potensialı yüksək səviyyədədir. Universitetdə əksəriyyəti ingilis dilində olmaqla mühəndislik üzrə müasir ixtisaslar tədris olunur. Bu ildən logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisası üzrə də qəbul aparılıb.

 Universitetin Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkil etdiyi görüşdə departamentin rəhbəri Təyyar Mustafayev və magistratura və doktorantura şöbəsinin müdiri, nəqliyyat üzrə mütəxəssis Rauf Məmmədov da iştirak edib.

   Görüşün sonunda tərəflər arasında  könüllülük, qanunçuluq, humanizm, maraqların ümumiliyi, iştirakçıların hüquq bərabərliyi və sosial məsuliyyət prinsiplərini rəhbər tutaraq, nizamnamə çərçivəsində fəaliyyətinin, eləcə də ölkədə həyata keçirilən ictimai və beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilinin dəstəklənməsi, habelə tələbələrin ixtisasları ilə əlaqədar təcrübənin keçirilməsi üçün zəruri şəraitin yaradılması, müəllim və tələbələrlə birgə layihələrin hazırlanması və həyata keçirilməsi kimi fəaliyyət istiqamətlərini nəzərdə tutan əməkdaşlıq müqaviləsi imzalanıb.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020