BMU-da universitet - sənaye işbirliyi mövzusunda təqdimat keçirilib BMU-da universitet - sənaye işbirliyi mövzusunda təqdimat keçirilib

, baxılıb - 277 dəfə

 

  Bakı Mühəndislik Universiteti Texnoparkının dəvəti ilə Avropa Komissiyasının texniki yardım və informasiya mübadiləsi aləti olan TAEIX layihəsi çərçivəsində Niderlandlı mütəxəssisislər- professor Rob Vanlambalgen və professor Liesbeth Rijsdijkuni universitet-sənaye işbirliyi mövzusunda təqdimat keçiriblər. Tədbirdə universitet əməkdaşları iştirak edib. Professor Rob Vanlambalgen əsasən sahibkarlıq universitetləri modelindən danışıb. Qeyd edib ki, dünyada ilk sahibkar universitet Tvente universiteti hesab olunur. İndi isə bu istiqamətdə inkişaf edən bir çox universitet var. Onların hamısı sahibkarlıq universiteti adlansada fəaliyyət növünə görə bir birindən fərqlənirlər. Bu baxımdan da ümumi bir sahibkarlıq modeli və ya tərifi yoxdur. Hər bir universitet yerləşdiyi regiona, mühitə və imkanlarına görə istiqamətini seçir. BMU- da sahibkar universitet olması üçün imkanları mövcuddur. Xüsusən texnoparkın fəaliyyəti, orada startapların fəaliyyət göstərməsi təqdirəlayiq haldır. Qalır olanları inkişaf etdirmək. Gələcəyin universiteti olacaq Sahibkarlıq universitetlərinin qurulması regionların və cəmiyyətin inkişafında mühüm rol oynayacaqlar.

  Seminar sual – cavabla davam edib.

    

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020