BMU-da ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə  həsr olunmuş mini futbol turniri keçirilib BMU-da ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş mini futbol turniri keçirilib

, baxılıb - 202 dəfə

Bakı Mühəndislik Universiteti Həmkarlar İttifaqının təşkilatçılığı ilə  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş universitet əməkdaşları arasında mini futbol turniri keçirilib.  Yarışda 6 komanda mübarizə aparıb.  Aprel ayında başlayan turnirin mükafatlandırma tədbiri keçirilib.

 Tədbirin təşkilatçısı BMU–nun Həmkarlar İttifaqı Komitəsinin sədri Həzi Qasımov turnirin təşkili barədə ətraflı məlumat verib. Bildirib ki, gərgin və maraqlı mübarizə şəklində keçən turnirdə iştirak edən komandaların hamısı qalib olmağa layiq idi. Turnirin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 -ci ildönümünə həsr olunması komandaların daha məsuliyyətli və istəkli oyun sərgiləmələrinə stimul oldu. İnanıram ki, turnir əməkdaşlarımız arasında  dostluğun inkişafına bir töhvə verəcək.

 Universitetin Humanitar Məsələlər üzrə prorektoru Bayram Hüseynzadə universitetin rektoru Havar Məmmədovun salamlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Turnirin,Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 -ci ildönümünə həsr olunmasına diqqət çəkərək Ulu Öndərin xalqımız üçün etdiyi xidmətərindən danışıb. Bildirib ki, qədirbilən xalqımız da Ulu  Öndərin xidmətlərini yüksək qiymətləndirir. Universitetimizdə də hər il Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi və sosial  tədbirlər təşkil olunur.

  Elmi işlər üzrə prorektor Elçin Suleymanov  turnir iştirakçılarını təbrik edib. O, təklif edib ki, gələn ildən bu turniri BMU olaraq universitetlər arası təşkil edilsin.

 Maliyyə və Təsərrüfat işləri üzrə prorektor Yavər Məmmədov qeyd edib ki,Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 -ci ildönümünə həsr olunmuş turnirin mükafatlandırma mərasimi bir bayram tədbiri kimi qeyd olunur. Bu turnirdə görünən odur ki, dostluq, səmimiyyət qalib gəlib.

Qeyd edək ki, birinci yerə İqtisadiyyatvə İdarəetmə fakültəsinin komandası, ikinci yerə Mühəndislik fakültəsinin komandası, üçüncü yerə isə Mühasibatlıq komandası layiq görülüb. Turnirin “Qol Kralı”  isə İqtisadiyyatvə İdarəetmə fakültəsinin komandasının üzvü Şəhriyar Muxtarov olub.

Çıxışlardan sonra   turnirdə 1, 2, 3-cü yerlərə çıxan komandalara və turnirin ən yaxşısı adına layiq görülən oyunçulara universitetin Həmkarlar İttifaqı Komitəsinin hədiyyələri təqdim olunub.Turnirdə ilk yerləri tutmayan komandalar da iştirakçı kimi hədiyyələrlə təltif olunublar.

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018