BMU-da  maarifləndirmə tədbiri keçirilib BMU-da maarifləndirmə tədbiri keçirilib

, baxılıb - 379 dəfə

    Bakı Mühəndislik Universitetində  Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi  Dövlət Xidməti tərəfindən “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda seminar keçirilib. Seminarın məqsədi istehlakçıların hüquqlarının qorunması sahəsində hüquqi maarifləndirmə işini təşkil etmək, dövlət orqanları - istehlakçı əlaqələrində sivil münasibətlərin formalaşmasına nail olmaq və bu sahədə istehlakçı biliklərini artırmaq istiqamətində maarifləndirilməsindən ibarətdir. Seminarda ali təhsil müəssisəsinin müəllim və tələbə heyəti iştirak edib.

    Seminarı giriş sözü ilə açan universitetin iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Yaşar Etibarlı tədbirin əhəmiyyəti və məruzəçilər barədə auditoriyaya məlumat verib.

     Antiinhisar siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini  Araz Əliyev “İstehlakçıların hüquqları və onların qorunması sahəsində görülən işlər”, Antiinhisar siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi  Dövlət Xidmətinin  sektor müdiri Yusif Hüseynov “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir” adlı məruzə ilə çıxış ediblər.

    Çıxış edənlər seminarın təşkili üçün BMU-nun rəhbərliyinə təşəkkür ediblər. Məruzələrində əsasən  bu sahədə qanunvericilik bazası və istehlakçıların diqqət yetirməli olduğu məsələlər barədə ətraflı məlumat veriblər. Bildirilib ki, istehlakçıların maarifləndirilməsi məqsədi ilə Bakıda və regionlarda konfrans və dəyirmi masalar təşkil olunur, istehlakçıların elektron ünvanlarına ticarət qaydalarına əməl olunması ilə bağlı mütəmadi olaraq maarifləndirici məlumatlar göndərilir. Təkcə ötən il ərzində istehlakçı hüquqlarına dair 18 adda 32 mindən artıq buklet, 6 adda 3 minə qədər yaddaş kitabçası çap olunaraq paylanılıb. Bundan başqa, istehlakçıların maarifləndirilməsi məqsədilə gündəlik istehlakda geniş istifadə olunan məhsullarla bağlı 54 maarifləndirici məlumat kütləvi informasiya vasitələrində yayımlanıb.

 Məruzələrdən sonra Dövlət Xidmətinin nümayəndələri auditoriyanın suallarını cavablandırıb.

    Sonda universitetin elmi işlər üzrə prorektoru Elçin Süleymanov  bu istiqamətdə tədbirlərin tez-tez keçirilməli olduğunu qeyd edib və Dövlət Xidmətinin nümayəndələrinə  minnətdarlığını bildirib.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020