BMU -da layihənin müzakirəsi keçirilib BMU -da layihənin müzakirəsi keçirilib

, baxılıb - 72 dəfə

  Bakı Mühəndislik Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gənc Mühasiblər Birliyi tərəfindən  həyata keçirilən “Universitetlərdə yeni standartlara uyğun Mühasibat uçotu üzrə vahid tədris proqramlarının hazırlanması və müzakirələrin keçirilməsi ” adlı layihə ilə əlaqədar görüş keçirilib.

   Tədbirdə Gənc Mühasiblər Birliyinin sədri Solmaz Əliyeva bildirib ki, həyata keçirdikləri layihənin əsas məqsədi ölkəmizdə yeni standartlara uyğun mühasibat uçotuna keçidlə bağlı  universitetlərdə vahid tədris proqramının ilkin versiyasının hazırlanması və aidiyyatı qurumlara təqdim olunmasından ibarətdir. Bunun üçün də ekspert qrupu yaradılıb və universitetlərdə görüş keçirərək mövcud mühasibat uçotu proqramı ilə tanış oluruq.

    Bakı Mühəndislik Universiteti Mühasibat uçotu və audit kafedrasının müdiri Firudin Sultanov mühasibat uçotu ixtisası barədə ətraflı məlumat verib. Qeyd edib ki, BMU-da mühasibat uçotu ixtisası Azərbaycan və İngilis dillərində tədris olunur. İstifadə olunan dərs proqramları və kitablar barədə danışan kafedra müdiri məzunların nailiyyətlərini də çıxışında qeyd edib.

  Müzakirə formasında keçən tədbirdə təkliflər də səsləndirilib.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018