BMU-da idman yarışları keçirilir BMU-da idman yarışları keçirilir

, baxılıb - 317 dəfə

   Bakı Mühəndislik Universitetində birinci kurslar arasında idmanın müxtəlif sahələrində  turnirlər keçirilir .  Bu gün mini futbol üzrə yarışmanın final mərhələsi keçirilib. Mini futbol turnirində birinci kursda oxuyan tələbələrdən ibarət 28 komanda iştirak edib. Hər komanda 10 nəfər heyət üzvundən  təşkil olunub. Final Mərhələsində Mühasibat uçot və audit ixtisasının birinci kurslarından ibarət “Mühasiblər ”  komandası ilə  faundation təhsil alan tələbələrdən ibarət  “A1-5”  komandası üz–üzə gəlib.  “Mühasiblər ”   komandası 5-1 hesablı nəticə ilə rəqibi üzərində inamlı qələbə qazanaraq  turnirin qalibi olub.  Hər iki komanda universitet tərəfindən fəxri fərmanla təltif edilib və top hədiyyə olunub. Qalib komandaya turnirin kuboku təqdim olunub. Eyni zamanda turnirin ən yaxşı oyunçusu seçilən qalib komandanın “ 10 ” nömrəli  futboçusu  Eyyub Vahidov  mükafatlandırılıb.

 

   Mükafatlandırma mərasimində  iştirak edən Bakı Mühəndislik Universitetinin prorektoru Həzi Qasımov vurğulayıb ki,ölkəmizdə idmanın inkişafı  və gənclərin idmanla məşğul olmaları Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Azərbaycanı dünyada idman ölkəsi kimi tanıyırlar. Universitetdə tələbələrin yaxşı təhsil almaları ilə yanaşı sizlərin sosial fəaliyyətlə məşğuliyyətiniz təmin olunması üçün də rəhbərlik hər cür şərait yaradır. O, universitetin idman şöbəsinin əməkdaşlarını və turnir iştirakçılarını  təbrik edib. Qeyd edib ki , turnir yüksək səviyyədə təşkil olunub. 28 komanda arasında finala qədər irəliləmək böyük uğurdur. Hər iki komandanı təbrik edirəm.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020