BMU-da anım tədbiri  keçirilib BMU-da anım tədbiri keçirilib

, baxılıb - 652 dəfə

  Azərbaycan xalqının tarixinə  qanlı yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisəsindən iyirmi səkkiz il keçir. Bununla əlaqədar Bakı Mühəndislik Universitetində “20 Yanvar - ümumxalq hüzn günü” adlı tədbir keçirilib. İlk öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 Daha sonra  20 Yanvar hadisələrinə həsr olunmuş sənədli video film nümayiş olunub. Tədbirdə çıxış edən universitetin prorektoru  Dr. Bayram Hüseynzadə bildirib  ki, 20 Yanvar hadisələri keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktıdır. Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyev olmuşdur.  Belə ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixində faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib.

    Qanlı yanvar faciəsi ilə bağlı Heydər Əliyev tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasını bildirirdi. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

Daha sonra söz Müharibə Veteranı  Qadınların Sosial Yardım  ictimai Birliyinin sədri Rada xanım Abbasa verildi. Rada xanım qanlı gecənin canlı şahidi kimi qeyd edib ki,  milli mübarizəyə  qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Tanklar Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn “təcili yardım” maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 700-dək yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi

  Daha sonra çıxış edən Bakı Mühəndislik Universitetinin müəllimi, tarixçi Dos. Bilal Dədəyev faciənin xalqımız tərəfindən unudulmayacağını, xalqımızın yaddaşında daim milli azadlıq uğrunda qəhrəmanlıq səlnaməsi kimi yaşadılacaq və gələcək nəsillərə ötürüləcəyini bildirdi.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020