BMU-da ağacəkmə aksiyası keçirilib BMU-da ağacəkmə aksiyası keçirilib

, baxılıb - 263 dəfə

 

   Bakı Mühəndislik Universitetində yazın gəlişi və növruz bayramı münasibətilə təşkil olunan silsilə tədbirlər  çərçivəsində ağacəkmə aksiyası keçirilib.  Aksiyada universitetin rektoru, professor Havar Məmmədov, prorektorlar və əməkdaşlar iştirak ediblər. Rektor qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə son illərdə respublikamızda ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusilə Bakı şəhəri və Abşeron yarımadasında yaşıllaşdırmaya xüsusi diqqət yetirilir, bu məqsədlə geniş və çoxşaxəli proqramlar qəbul olunub və  irimiqyaslı tədbirlər həyata keçirilir. Universitet olaraq biz də bu işdə fəal olmağa çalışırıq.

 Aksiya iştirakçıları tərəfindən universitetin həyətində Abşeron iqliminə uyğun ağaclar əkilib və onlara aqrotexniki qulluq göstərilib.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020