BMU-da YAP-ın 25 illiyi qeyd olundu BMU-da YAP-ın 25 illiyi qeyd olundu

, baxılıb - 664 dəfə

  

“Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”. 25 il
bundan öncə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə fəaliyyətə başlayan
partiya bu gün də yorulmadan Azərbaycan xalqının müstəqilliyi, rifahı və
xoşbəxtliyi yolunda əzm və fədakarlıqla fəaliyyət göstərir.
     Məhz bu münasibətlə Bakı Mühəndislik Universitetində Abşeron rayon ərazi ilk
təşkilatında yubiley tədbiri keçirilib. Tədbirdə universitet kollektivi ilə yanaşı
Abşeron rayon partiya təşkilatının sədri Bilman Vəliyev də iştirak edib.
Universitetin rektoru, professor Havar Məmmədov tədbir iştirakçılarını
salamlayıb. 70 il Sovet ittifaqının tərkibində yaşadığımızı , ittifaqın dağılmasından
sonra ağır günlər keçirdiyimizi, 20 yanvar və Dağlıq Qarabağ kimi problemlər
yaşadığımızı diqqətə çatdırıb. Müstəqilliyin ilk illərində səriştəsiz hakimiyyətin
mövcudluğu da ölkəni daha da böhran vəziyyətinə gətirib çıxarmışdı. Bu kimi
faktlar müstəqilliyimizin asanlıqla qazanılmadığını, onun qorunmasının və
inkişafının daha çətin olduğunu göstərir. Belə bir vaxtda YAP-ın təsis olunması
tarixi zərurət və Azərbaycanın üzləşdiyi mürəkkəb və fəlakətli vəziyyətdən xilas
etmək istəyi ilə əlaqədar idi. Azərbaycan xalqı naşı və bacarıqsız qüvvələri
hakimiyyətdən uzaqlaşdıraraq, ulu öndər Heydər Əliyevə müraciət etdi, böyük
siyasi xadimi hakimiyyətə qaytardı. YAP Azərbaycanın siyasi sisteminin normal
dayaqlar üzərində inkişaf etməsinə güclü əsaslar yaratması ilə də tarixi missiyasını
yerinə yetirmişdir. Məlumdur ki, 1990-cı illərin əvvəllərində Azərbaycanın siyasi
sistemi kortəbii şəraitdə formalaşırdı. Siyasi sistemin gələcəyini, perspektivlərini
müəyyənləşdirəcək ideya və ideologiyalar yox idi. Bununla yanaşı, siyasi qüvvələr
arasında siyasi mədəniyyət nümunəsi də mövcud deyildi. Demokratik şəraitdə
fəaliyyət göstərən çoxpartiyalı sistemdə hər hansı bir partiyanın cəmiyyətin,
ölkənin, dövlətin həyatında oynayacağı rolu ilə bağlı insanlarda ümumi təsəvvürlər
yox dərəcəsində idi. Ona görə ki, Azərbaycan cəmiyyəti uzun illər kommunist
ideologiyasiyanın təsiri altında yaşamışdı. Belə bir şəraitdə də YAP-ın
Azərbaycanın siyasi sisteminə daxil olması demokratik siyasi sistem haqqında
təsəvvürlərin formalaşmasına güclü təkan vermişdi.
Rektor YAP-ın Azərbaycanın iqtisadi siyasi beynəlxalq həyatında və dinamik
inkişafındakı əhəmiyyətindən geniş danışıb. Qeyd edib ki, Möhtərəm
Prezidentimiz İlham Əliyevin dediyi kimi “Yeni Azərbaycan Partiyası
Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır”.

     Abşeron rayon YAP təşkilatının sədri Bilman Vəliyev partiyanın yaranmasının
ilk illərində yaşadığı maneələrdən danışıb. Qeyd edib ki, xalqımız ölkənin ağır
dövrdən çıxarılmasının yeganə yolunu Heydər Əliyevin hakimiyyətə gəlməsində
görürdü. Bu məqsədlə ziyalıların xalqımız adından Heydər Əliyevə müraciət
ünvanlaması xalqın iradəsini göstərdi. YAP ümummilli liderimiz Heydər Əliyevin
rəhbərliyi ilə Azərbaycanın müstəqilliynin bərpasını həyata keçirdi. Hal–hazırda
Abşeron rayonunda partiyamızın 40 ərazi ilk təşkilatı fəaliyyət göstərir.


      Bakı Mühəndislik Universitetinin prorektoru, YAP ərazi ilk təşkilatının sədri
Bayram Hüseynzadə qeyd edib ki, ölkənin avanqard siyasi gücünə çevrilən YAP-
ın sürətlə inkişaf etməyə başlaması və qısa müddətdən sonra hakimiyyətə gəlməsi
Azərbaycanın siyasi sisteminin formalaşmasına güclü təsir göstərmişdi.
Siyasi sistemin lokomotivi kimi, YAP-ın  sürətli inkişafı da Azərbaycanın siyasi
mədəniyyətinə uyğun yeni müxalif təşkilatlanmaların formalaşmasına da güclü
əsaslar yaratmışdı. Yeni Azərbaycan Partiyasının Möhtərəm Prezidentimiz İlham
Əliyevin rəhbərliyi ilə getdikcə güclənən fəaliyyəti Azərbaycanın bundan sonra da
hərtərəfli inkişafında böyük imkanlara yol açır. Əminliklə demək olar ki, iqtidar
partiyası siyasi proqramına uyğun olaraq, qarşıdakı illərdə də beynəlxalq hüquq və
prinsiplər əsasında dövlətlər arasında etimad yaradılmasına hesablanan uğurlu
siyasi fəaliyyətini davam etdirəcək və hər bir azərbaycanlının rihaf halının daha da
yüksəldilməsinə çalışacaqdır. YAP-ın cəmiyyətin yeganə seçimi olmasını
Azərbaycanın beynəlxalq aləmdə güclü mövqeyi və nüfuzu da şərtləndirir və bütün
bunlar da belə deməyə əsas verir ki, ulu öndərin yaratdığı Yeni Azərbaycan
Partiyası ölkənin aparıcı siyasi qüvvəsi kimi, milli mənafelərin istənilən
platformada müdafiə və təmin etməyə yetərli ictimai dəstəyi var .

Partiyaya üzv olan şəxslərə ilk partiya vəsiqələri təqdim olunub 
Tədbirin sonunda universitetin tələbələrinin ifasında milli rəqslər və
vətənpərvərlik müsiqiləri təqdim olunub.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020