BMU-da TGT-nin sədri seçilib BMU-da TGT-nin sədri seçilib

, baxılıb - 468 dəfə

     Bakı Mühəndislik Universitetində tələbə gənclər təşkilatı idarə heyətinin üzvləri və sədri seçkisi keçirildi. Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli lider Heydər Əliyevin və Möhtərəm Prezidentimiz İlham Əliyevin gənclər siyasətini  əks etdirən sənədli film izlənilib.

    Universitetin Humanitar işlər üzər prorektoru Bayram Hüseynzadə ölkəmizdə gənclərə olan diqqət–qayğıdan və gənclər təşkilatının cəmiyyətimizdəki rolundan danışıb. Bildirib ki, BMU-da qəbul imtahanlarında ən yüksək bal toplayan, yüksək qiymətlərlə oxuyan və ən fəal tələbələr təhsil alır. Hal-hazırda gənc universitet olan BMU-da Tələbə Həmkarlar, Tələbə Gənclər və YAP Gənclər  təşkilatları  kimi 3 tələbə təşkilatı fəaliyyət göstərir. Biz çalışırıq ki, bu tələbə təşkilatarı daha da aktiv fəaliyyət göstərsinlər.

    Universitetdə fəaliyyət göstərən  üç fakültənin hər birindən seçki yolu ilə üç tələbə universitet TGT –nin idarə heyətinə üzv seçilib. Həmin 9 nəfərdən isə səs vermə ilə Elnur Mirzəyev təşkilata sədr seçilib.

      Elnur Mirzəyev  çıxış edərək ona etimad göstərənlərə təşəkkür edib  və gələcək planlarından danışıb. 

    Qeyd edək ki, BMU-nun mühasibat uçotu və audit ixtisasında təhsil alan Elnur Mirzəyev universitetə 647 balla qəbul olub. Universitetdə fəaliyyət göstərən tələbə dərnəklərində və universitetin ictimai həyatında fəal tələbələrdən olub.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020