BMU-da Qanvermə aksiyası keçirilib BMU-da Qanvermə aksiyası keçirilib

, baxılıb - 347 dəfə

   Bakı Mühəndislik Universitetində Mərkəzi Qan Bankı tərəfindən Qan Vermə
Aksiyası keçirilir. İştirak etmək istəyənlərin şəxsiyyət vəsiqələrini təqdim edir, ilkin
müayinədən keçirilirlər və qan analizi verirlər. Uyğun olan şəxslərdən Qan analizlərinin
nəticələrini ödənişsiz olaraq sonradan Mərkəzi Qan Bankından əldə etmək mümkün
olacaqdır.


   Mərkəzi Qan Bankının həkimi Nərmin Abdullayeva məlumat verib ki, donorlar tibbi
müayinə olunur. Hər donordan 1 doza qan götürülür. Onların alınan qan Mərkəzdə
yoxlanıldıqdan sonra Talassimiyalı xəstələrə köçürülür.
Universitetdə aksiyanın keçirilməsi üçün hər cür şərait yaradılıb. Donorlar qan
verdikdən sonra istirahət otağında həkim nəzarətində istirahət edirlər. Onlar üçün çay
süfrəsi hazırlanıb.
    Aksiyanın keçirilməsinin təşkili könüllü olaraq Universitetin tələbəsi Aydan
Məmmədova həyata keçirir.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020