BMU-da Qan Turalının əsərinin müzakirəsi keçirilib BMU-da Qan Turalının əsərinin müzakirəsi keçirilib

, baxılıb - 155 dəfə

   Bakı Mühəndislik Universiteti Azərbaycan dili və ədəbiyyatı kafedrası növbəti müzakirəli dərs təşkil edib. Bu günkü mühazirə mövzusu müasir dövr Azərbaycan ədəbiyyatı, müzakirəyə çıxarılan əsər isə Qan Turalının " Fələk qırmancı " əsəri olub. Əsərin müəllifi də müzakirəli dərsdə iştirak edib. Universitetin müəllimi Ülvi Babasoy müasir dövr Azərbaycan ədəbiyyatı və onun nümayəndələri barədə ətraflı məlumat verib. Qeyd edib ki, Qan Turalı müasir dövr ədəbiyyatımızın özünəməxsus yolu olan nümayəndələrindən biridir. 

    Sonra tələbələr  əsərə münasibətlərini bildiriblər və müəllifə suallarını ünvanlayıblar . Müəllif də tələbələrə onun əsərinin müzakirəsində fəal iştirak etdikləri üçün təşəkkür edib.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018