BMU-da Psixoloq 1-ci kurs tələbələri ilə görüşüb BMU-da Psixoloq 1-ci kurs tələbələri ilə görüşüb

, baxılıb - 73 dəfə

      Oktyabrın 13-də TGT-nin təşkilatçılığı ilə Bakı Mühəndislik Universitetinin Akt zalında universitetin psixoloqu Hüseyn Xəlilovla görüş keçirilib. 1-ci kursların çoxluq təşkil etdiyi tədbirdə Hüseyn Xəlilov yeni dərs ilinin başlanması münasibətilə

tələbələri təbrik edib və onlara uğurlar arzulayıb. Psixoloq gənclərə gələcək həyatlarında hədəf və məqsədlərini düzgün seçmək və zamanlarını səmərəli, məhsuldar şəkildə keçirmələri üçün motivasiya edici fikir və tövsiyələr verib. Universitet həyatının çox önəmli olduğunu vurğulayan Hüseyn müəllim onlara bu zamanı düzgün dəyərləndirmələrini və xüsusi yanaşmalarını qeyd edib. Həmçinin tələbələrlə yaxından tanış olmaq və interaktiv, səmimi bir söhbətin yaranması üçün onlarla gələcək planları ilə bağlı elə görüşdəcə sorğular keçirən Hüseyn Xəlilov bu təşəbbüsü ilə bir daha universitet müəllimlərinin tələbələrə olan xüsusi diqqət və qayğısını əyani şəkildə sübut edib. Görüşün sonunda təşkilatçılar tələbələrlə birgə xatirə şəkilləri çəkdiriblər.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2017